Modriç İbrahimoviçin rekordunu qırdı

Modriç İbrahimoviçin rekordunu qırdı
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 10:45 384
-  A +

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasında məhsuldar ötürmələrin sayına görə Zlatan İbrahimoviçi geridə qoyub.

QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

41 yaşlı xorvatiyalı futbolçu A Seriyasının “Udineze” ilə oyununda (2:0) Kristian Pulişiçin qolunun ötürməsini verib.

Bu, Modriçin 40 yaşını tamamladıqdan sonra İtaliya çempionatında etdiyi 4-cü məhsuldar ötürmədir. 2004/2005 mövsümündən, A Seriyasında 20 komandalı formatın bərpasından bəri 40 yaşdan yuxarı futbolçular arasında bu göstəriciyə çatan olmayıb.

Əvvəlki rekord Zlatan İbrahimoviçə məxsus idi. İsveçli hücumçu 40 yaşından sonra A Seriyasında 3 məhsuldar ötürmə etmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner