“Qızıl top”un təqdimetmə mərasimi gecikdi

“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
DÜNYA FUTBOLU 27 Oktyabr 2026 / 00:00 1160
-  A +

2025/2026 mövsümünün ən yaxşı futbolçularının mükafatlandırılacağı “Qızıl top” mərasiminin başlanması yarım saat təxirə salınıb.

QOL.az xəbər verir ki, gecikməyə Londonda yaranan tıxaclar səbəb olub. Tədbirin Bakı vaxtı ilə saat 00:00-da başlaması nəzərdə tutulsa da, proqram 30 dəqiqə sonraya keçirilib.

Mərasim Londonun “Palladium” teatrında keçiriləcək. Tədbirdə kişi və qadın futbolunun ən yaxşı oyunçuları ilə yanaşı, mövsümün ən yaxşı gənc futbolçuları, baş məşqçiləri, qapıçıları və klubları da mükafatlandırılacaq.

Qeyd edək ki, “Qızıl top” mükafatı Fransanın “France Football” jurnalı tərəfindən təqdim olunur. Mükafatın son sahibi PSJ-nin hücumçusu Usman Dembeledir.


Qarabağ FK
Son xəbərlər
topaz banner