“Liverpul” və “Arsenal”ın keçmiş futbolçusu Cermeyn Pennant Londonda it hücumuna məruz qalıb.
QOL.az xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb.
Hadisə Pennantın iti ilə gəzintisi zamanı baş verib. Aqressiv alman çoban iti futbolçunun “Kinq” adlı amerikan akitasına hücum edib. Ev heyvanını qorumağa çalışan Pennant davaya müdaxilə edib. Bu zaman hücum edən it onu yerə yıxaraq ayağından dişləyib.
Hadisə zamanı Pennantın iti də sahibinə kömək edərək digər heyvanı saxlamağa çalışıb. 43 yaşlı keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun dərin yaralarını müalicə edib və 50-dən çox tikiş qoyublar.
Hazırda Pennantın özünü yaxşı hiss etdiyi bildirilir. O, hələlik hadisə ilə bağlı polisə müraciət etməyi planlaşdırmır.
Qeyd edək ki, Cermeyn Pennant karyerası ərzində “Liverpul” və “Arsenal”la yanaşı, “Birmingem Siti”, “Uotford”, “Lids Yunayted”, “Portsmut” və “Stok Siti” kimi klublarda da çıxış edib.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı