“Qarabağ”ın futbolçusu Kadi Borges Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la keçirdikləri matçdan (0:0) sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, qarşılaşma, azarkeşlərin dəstəyi və komandasının çempionluq şansları barədə danışıb. Kadi Borges matçın çətin keçdiyini bildirib:
“Yaxşı oyun oldu. "Sabah" hazırda yaxşı formadadır. Məncə, ötən il gördüklərimə əsasən, "Sabah" çox yaxşı komandadır. Bu oyun bizim üçün çempionatda belə matçlarda necə oynamalı olduğumuzu görmək baxımdan yaxşı təcrübə idi. Qarşılaşma çətin keçdi. Hər iki komandanın qol imkanları çox olmadı”.
Futbolçu azarkeşlərin dəstəyinin komandaya əlavə güc verdiyini vurğulayıb:
“Azarkeşlər bizim üçün meydanda əlavə bir oyunçu kimidir. Meydanda 11-ə 11 oynayırıq, amma azarkeşlər bizi səsləri ilə dəstəkləyəndə bu, bizə əlavə güc və inam verir. Bəzən oyun zamanı yoruluruq, lakin azarkeşlərimizin səsini eşidəndə daha da güclənirik”.
Kadi Borges “Qarabağ”ın bu mövsüm çempion olacağına inandığını deyib:
“Əlbəttə, inanıram. Yaxşı komandamız var. Əksini düşünsəydim, bu komandada olmazdım. Daha yaxşı olmaq və bu il çempionluq uğrunda mübarizə aparmaq istəyirik”.
O, növbəti turda “Qəbələ” ilə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb:
“Qəbələ”nin yaxşı komanda olduğunu, heyətində yaxşı futbolçuların yer aldığını bilirik. Səfərdə oynayacağıq. Oraya gedib yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı