La Liqa matçları təxirə salındı

La Liqa matçları təxirə salındı
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 19:49 939
-  A +

İspaniya La Liqasının 23-cü turunda keçirilməli olan 2 matç təxirə salınıb.

QOL.az xəbər verir ki, “Cadena COPE” radiostansiyasının yaydığı məlumata əsasən, “Barselona” - “Atletiko” və “Real” - “Real Sosyedad” matçlarının vaxtı dəyişdirilib. Fevralın 7-də keçirilməsi planlaşdırılan bu oyunlar dekabrın 2-4-ü aralığında baş tutacaq.

Qarşılaşmaların vaxtının dəyişdirilməsinə 2027-ci ilin fevralında İstanbulda təşkil olunacaq İspaniya Superkuboku səbəb olub. Turnirdə “Barselona”, “Atletiko”, “Real” və “Real Sosyedad” iştirak edəcək.

Superkubokun ilk yarımfinalında fevralın 2-də “Barselona” ilə “Atletiko” üz-üzə gələcək. Fevralın 3-də isə “Real Sosyedad” “Real”la qarşılaşacaq. Final oyunu fevralın 6-da keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner