Bundesliqada 100-cü qolunu vurdu

Bundesliqada 100-cü qolunu vurdu
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 14:18 279
-  A +

“Bavariya”nın vingeri Serj Qnabri Almaniya Bundesliqasında yubiley qoluna imza atıb.

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu çempionatın 7-ci turunda “Frayburq”la qarşılaşmada (3:1) fərqlənib. Bu onun Bundesliqada 100-cü qolu olub.

"Opta"nın yaydığı məlumata görə, Qnabri bu göstəriciyə 267 oyunda çatıb. Hazırda Bundesliqada çıxış edən futbolçular arasında ondan daha çox qol vuran yalnız Andrej Kramariç (141) və Harri Keyndir (102).

Almaniya çempionatında vurduğu qolların böyük hissəsi Qnabri üçün “Bavariya”nın heyətində qeydə alınıb. O, Münhen təmsilçisi ilə 218 matçda 79 qol vurub. Bundan başqa, futbolçu “Hoffenhaym”da 22 oyunda 10, “Verder”də isə 27 görüşdə 11 dəfə fərqlənib.

Qeyd edək ki, Qnabri karyerası ərzində “Bavariya” ilə 7 dəfə Almaniya çempionu olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner