Mbappenin “Real”da 100-cü qolu

Mbappenin “Real”da 100-cü qolu
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 09:53 435
-  A +

Kilian Mbappe “Real”ın heyətində 100-cü qolunu vurub.

QOL.az xəbər verir ki, fransalı hücumçu bu nailiyyətə İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə keçirilən oyunda imza atıb. Madrid təmsilçisi səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edib.

Mbappe matçın 41-ci dəqiqəsində hesabı açıb, 88-ci dəqiqədə isə dublunu rəsmiləşdirib. Bu qollar onun “Real”ın heyətində vurduğu 99-cu və 100-cü toplar olub.

28 yaşlı futbolçu cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner