“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Feysali” ilə matçda (3:1) vurduğu ikinci qol mübahisələrə səbəb olub.
QOL.az xəbər verir ki, görüşün 49-cu dəqiqəsində portuqaliyalı futbolçu həmyerlisi Joau Feliksin cərimə zərbəsindən ötürməsini başla qapıya göndərib. Lakin beynəlxalq statistika şirkəti “Opta” qolu “Əl-Feysali”nin müdafiəçisi Andre Jirottonun avtoqolu kimi qeydə alıb.
Təkrar görüntülər Ronaldonun topa başla toxunub-toxunmadığını dəqiq müəyyənləşdirməyə imkan vermir. “Opta”nın versiyasına görə, həlledici toxunuş Jirottonun olub.
Bununla belə, Səudiyyə Ərəbistanı Pro Liqasından “Ariyadhiah” nəşrinə bildirilib ki, qolun müəllifi ilə bağlı yekun qərarı Səudiyyə Ərəbistanı Futbol Federasiyasının hakimlər komitəsi verir. Liqa beynəlxalq statistika saytlarının məlumatlarına deyil, matçdan sonra hakimin təqdim etdiyi rəsmi protokola əsaslanır.
Görüşün baş hakimi Abdullah əl-Uveydan protokolda ikinci qolun müəllifi kimi Ronaldonu göstərib. Beləliklə, qol rəsmi olaraq portuqaliyalı hücumçunun hesabına yazılıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət