“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 23:47 1152
-  A +

“Qızıl top” mükafatının rəsmi saytında 2026-cı ilin qalibi ilə bağlı yanlış paylaşım edilib.

QOL.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, saytın müvafiq səhifəsində “Bavariya”nın hücumçusu Harri Keyn, “Barselona”nın futbolçusu Lamin Yamal və “Real”ın hücumçusu Kilian Mbappenin adları yer alıb. Lakin həmin məlumat qısa müddət sonra saytdan silinib.

Hadisənin texniki səhv nəticəsində baş verdiyi ehtimal olunur. Bununla belə, paylaşımın qalibin kimliyini göstərib-göstərmədiyi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək. Kişilər arasında mükafatın qalibi FİFA reytinqində ilk 100-lükdə yer alan ölkələri təmsil edən 100 futbol jurnalistinin səsverməsi ilə müəyyənləşdirilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner