“El-Klasiko”dan sonra VAR hakimini və jurnalistləri tənqid etdi

“El-Klasiko”dan sonra VAR hakimini və jurnalistləri tənqid etdi
XƏBƏR 26 Oktyabr 2026 / 13:02 551
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında “Barselona” üzərində səfərdə qazandıqları 2:1 hesablı qələbəni şərh edib.

QOL.az İspaniya mediasına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “El-Klasiko”dan sonra keçirilən mətbuat konfransında futbolçularının çıxışını yüksək qiymətləndirib, VAR hakimini və jurnalistləri isə tənqid edib.

O, baş hakimin idarəçiliyindən razı qalsa da, VAR hakimindən narazılığını bildirib.

“Məncə, baş hakim möhtəşəm oyun idarə etdi. Amma 60-cı dəqiqədə sanki yuxuya gedən VAR hakimi var idi. Joao Kanselonun Diomandeyə qarşı kobudluğu açıq-aşkar qırmızı vərəqəlik idi. Buna baxmayaraq, möhtəşəm oyun və möhtəşəm qələbə oldu”.

Portuqaliyalı mütəxəssis jurnalistlərin qapıçı Andrey Luninlə bağlı sual verilməməsinə də münasibət bildirib:

“İndiyə qədər mənə iki sual verdiniz və heç biri Lunin haqqında olmadı. Amma onun səhvlərinə görə uduzsaydıq, ilk sualınız məhz Luninlə bağlı olardı. Ona yalnız bir şey dedim: məşqə ehtiyat oyunçular skamyasında oturmaq üçün çıxmır. Çox təmkinli və sakit oyun keçirdi. Dünyanın ən yaxşı qapıçısı bizim komandadadır. Amma bu gün heç birimiz Kurtuanın oynamamasına görə təəssüflənmədik”.


Qarabağ FK
Son xəbərlər
topaz banner