Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir

Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
DÜNYA FUTBOLU 25 Oktyabr 2026 / 20:16 740
-  A +

İngiltərə Premyer Liqasının 8-ci turunda Acun Ilıcalının sahibi olduğu “Hall Siti” doğma meydanda “Brentford”u qəbul edib.

QOL.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşdə hesabı 24-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Oli Makbörni penaltidən açıb. Bu, onun cari mövsümdə ilk qolu olub.

“Brentford” 63-cü dəqiqədə Dango Uattaranın qolu ilə tarazlığı bərpa edib. O da bu mövsüm ilk dəfə fərqlənib.

Bu nəticədən sonra “Hall Siti”nin qələbə həsrəti 6 oyuna çatıb. Komanda 10 xalla kifayətlənib. Qələbə qazana bilmədiyi matçların sayını 3-ə çatdıran “Brentford”un isə 11 xalı var.

Qeyd edək ki, növbəti turda “Hall Siti” “İpsviç”i qəbul edəcək, “Brentford” isə doğma meydanda “Nottinqem Forest”lə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner