"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər

"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
DÜNYA FUTBOLU 25 Oktyabr 2026 / 21:43 662
-  A +

“Barselona” bu gün “Kamp Nou”da “Real”ı qəbul edəcək. Madrid təmsilçisi əzəli rəqibinin La Liqada doğma meydanda 2025-ci ilin mayından bəri davam edən qələbələr seriyasına son qoymağa çalışacaq.

QOL.az xəbər verir ki, “Sport” nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi çempionatda evdə ardıcıl 23 qələbə qazanıb.

“Barselona” La Liqada doğma meydanda sonuncu dəfə 2025-ci il mayın 18-də uduzub. Həmin görüşdə “Vilyarreal” kataloniyalıları 3:2 hesabı ilə məğlub edib. O vaxt komanda artıq çempionluğu təmin etmişdi.

Bu məğlubiyyətdən sonra “Barselona” evdə keçirdiyi bütün La Liqa oyunlarında qələbə qazanıb. 2025/2026 mövsümündə də uğurlu seriyasını davam etdirən komanda mümkün 57 xaldan maksimum nəticə əldə edib.

Kataloniyalıların doğma meydandakı məğlubiyyətləri yalnız Çempionlar Liqasında qeydə alınıb. Komanda liqa mərhələsində PSJ-yə 1:2, 1/4 finalın ilk oyununda isə “Atletiko”ya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, “Barselona” cari mövsümdə “Kamp Nou”da keçirdiyi 4 oyunun hamısında qalib gəlib.

“Barselona” - “Real” görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner