Qazaxıstanda çempion bəlli oldu

Qazaxıstanda çempion bəlli oldu
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 14:28 998
-  A +

Qazaxıstanın “Ordabası” klubu 2026-cı il mövsümündə ölkə çempionu olub.

QOL.az xəbər verir ki, Şımkent təmsilçisi “Kayrat”ın Qazaxıstan Premyer Liqasının 29-cu turunda “Aktobe” ilə heç-heçə etməsindən (2:2) sonra çempionluğunu rəsmiləşdirib.

Çempionatın başa çatmasına bir tur qalmış “Ordabası” ən yaxın izləyicisi "Kayrat"ı 4 xal qabaqlayaraq qızıl medalları təmin edib.

Bu, Şımkent klubunun tarixində ikinci çempionluqdur. Komanda ilk dəfə 2023-cü ildə Qazaxıstan çempionu olub.

Andrey Martinin rəhbərlik etdiyi kollektiv bununla da “Kayrat”ın iki ilik çempionluq seriyasına son qoyub.


Qarabağ FK
Son xəbərlər
topaz banner