Bu, təkcə onların idarəetmə üsuluna aid deyil. Düşüncə, zehniyyət, nəhayət, yaşadığın, sənə çörək qazandıran ölkənin dəyərlərinə münasibət də bu fərqləri özündə cəmləyib.
Tahir Gözəli çoxunuz tanıyırsınız. “Qarabağ”ın rəhbəridi. Azarkeşlər və medianın bir qismi hələ 6-7 il əvvəl Qurban Qurbanovu istefaya səsləyib klubdan qovulmasını istəyəndə məşqçiyə dəstək verən ilk şəxs məhz o olub. Küyə getməyib, kampaniyaçılığa qoşulmayıb. Qurban Qurbanovun bir dediyini də iki etməyib. Məşqçi kimi özünü təsdiq etməsində klubunun və şəxsən Tahir Gözəlin səbrli, təmkinli davranışı az rol oynamayıb.
Tahir Gözəl azərbaycanlı deyil. Azərbaycanlı olsaydı, digər klub rəhbərləri kimi, 3-4 uğursuzluqdan sonra Qurban Qurbanovu komandadan göndərər və onun məşqçilik karyerasına ciddi zərbə vurardı. AFFA-dakı həmkarı Rövnəq Abdullayev kimi hamıya sadəlövhcəsinə inanıb Foqst kimi pulsoran maşını bu ölkəyə calaq edib futbolumuzu ən azı 6 il geriyə atmazdı. Nəysə, biz bunları qoyaq bir kənara. Gələk Rövnəq Abdullayevə. O, bu gün jurnalistlərlə söhbətində AFFA-nın Bakıdakı stadionlarından birinə Anatoli Banişevskinin adının verilməsi ilə bağlı təşəbbüsə bax beləcə cavab verib: “Stadion adları ancaq kommersiya xarakterli olacaq. Banişevski üçün böyük işlər görmüşük. Amma adının stadiona verilməsi gündəmdə deyil. Çünki elə etməliyik ki, stadionun adı da gəlir gətirsin. Yoxsa batıb gedərik. Kim istəyirsə, sponsorluq edib, atasının adını stadiona qoysun”.
Rövnəq Abdullayev azərbaycanlıdı, futbol federasıyasının da prezidenti. Amma bu açıqlaması bir daha göstərir ki, AFFA-dakılar üçün Banişevski də, onun timsalında Azərbaycan futbolunun çox az olan dəyəri də sadəcə, heç nədi.
Onlar üçün hər şeydən öncə nə gəlir? Düz tapdınız - pul, pul və yenə də pul...
Soruşa bilərsiniz ki, bəs, Tahir Gözəlin bu məsələyə nə dəxli? Əgər diqqətli oxucular xatırlayırsa, hələ bir müddət əvvəl Qol.az saytında Bakıda Banişevskinin adına stadionun verilməsi ilə bağlı ictimaiyyətin, medianın da dəstəyini qazanan bir təşəbbüs göstərmişdik. Bununla bağlı yazı çıxandan cəmi 3-4 saat sonra “Qarabağ”ın baş meneceri Asif Əsgərov mənimlə əlaqə saxlayaraq Tahir Gözəlin adından təşəkkür etdi, klubun prezidentinin bu ideyanı bəyəndiyini və dəstəklədiyini, hətta məsələylə əlaqədar "Qarabağ" rəhbərinin AFFA-nın baş katibi Elxan Məmmədovla da telefonla danışdığını dedi. Elxan bəy də öz növbəsində yazıyla tanış olduğunu, bu məsələylə daha yaxından maraqlanacaqlarını deyib.
İndi təsəvvür edin, Banişevski ilə bağlı ideya ortaya atılır, amma buna reaksiyanı futbolumuzun əfsanəsinin həmişə sadiq qaldığı doğma “Neftçi” klubunun rəhbərliyi deyiI, ona rəqib olan “Qarabağ”ın prezidenti həssas reaksiya göstərir...
Banişevski “Neftçi”yə, doğma Bakısına ömrünün sonuna qədər ürəkdən, təmənnasız bağlı biri olub. Amma Azərbaycanın bu böyük oğluna dəyəri AFFA-nın azərbaycanlı prezidenti Rövnəq Abdullayev yox, “Neftçi”nin azərbaycanlı rəhbərləri də yox, Azərbaycana qan bağlılığı olmayan “Qarabağ”ın rəhbəri Tahir Gözəl verir.
Tahir Gözəllə Rövnəq Abdullayevin fərqi həm də bax budu.
Biri Banişevskiyə qiymət qoyur.
O biri də öz stadionuna.
Aydin BAĞIROV
[email protected]
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Türkiyə İtaliyaya, Belçika Fransaya qarşı
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi