Messinin cərimə zərbəsindən 76-cı qolu - Video

Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
VİDEO 28 Sentyabr 2026 / 11:26 326
-  A +

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Kolumbus”a qarşı oyunda cərimə zərbəsindən fərqlənib.

QOL.az xəbər verir ki, argentinalı futbolçunun qolu komandasının 1:2 hesablı məğlubiyyətinə mane olmayıb.

Bu qolla 39 yaşlı Messi karyerasında cərimə zərbələrindən vurduğu qolların sayını 76-ya çatdırıb. O, bu göstəricidə rekordun sahibi braziliyalı Marselinyo Kariokaya (78) yaxınlaşıb.

Qeyd edək ki, “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun hesabında isə cərimə zərbələrindən 65 qol var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner