Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kriştiano Ronaldonun Norveçlə oyunda ehtiyatda qalmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, Ronaldo 2:1 hesabı ilə başa çatan görüşdə meydana çıxmayıb. Onun əvəzinə start heyətində yer alan Qonsalu Ramuş qələbə qolunu vurub.
Matçdan sonra Ronaldo birbaşa paltardəyişmə otağına gedib və komanda yoldaşlarının azarkeşlərlə qələbəni qeyd etməsinə qoşulmayıb. ESPN nəşrinin məlumatına görə, Jezus bu barədə kapitanla danışacağını bildirib:
“Ronaldoya güvənirəm. Oyundan əvvəl ona start heyətində olmayacağını, amma matç zamanı meydana çıxacağını demişdim. Lakin futbol bəzən qərarlarınızı dəyişməyə məcbur edir. Bu oyunda hücum xəttində dəyişiklik etməyin doğru olmadığını düşündüm. Bu, onun Danimarka ilə oyunda da ehtiyatda qalacağı anlamına gəlmir”.
O, Ronaldo ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb:
“Ronaldo kapitanımızdır və onunla danışmalıyam. Milli komanda klub deyil, burada vəziyyət fərqlidir. Onunla danışmadan bu məsələ barədə konkret fikir bildirə bilmərəm”.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi