Portuqaliya millisində itki

Portuqaliya millisində itki
DÜNYA FUTBOLU 27 Sentyabr 2026 / 21:28 101
-  A +

Portuqaliya millisinin kapitanı Bruno Fernandeş səhhətindəki problem səbəbindən Norveçlə qarşılaşmada iştirak etməyəcək.

QOL.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının Uelslə oyununda (1:0) matçın sonlarında əvəzlənib. "Mirror" nəşrinin məlumatına görə, Fernandeşin həm millidə, həm də son vaxtlar “Mançester Yunayted”də ağrı ilə oynadığı bildirilir. Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus futbolçunu riskə atmaq istəmədiyini deyib:

“Uelslə oyunda əlimizdə olan bütün futbolçulardan istifadə etdik. Lakin Bruno Fernandes mürəkkəb problemlə əlaqədar meydanı tərk etdi. O, təxminən üç oyundur ağrı hiss etdiyini dedi. Bu da Uelslə qarşılaşmada əvvəlki səviyyəsini göstərə bilməməsinin səbəblərindən biri idi. O, mənim futbolçumdur və onu çox yaxşı tanıyıram. Onunla artıq danışmışam. Norveçlə oyunda risk etməməyi üstün tuturam ki, cümə axşamı Danimarka ilə matça yaxşı fiziki vəziyyətdə çıxa bilsin”.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner