“Fənərbaxça” transfer qadağasından xilas olur

“Fənərbaxça” transfer qadağasından xilas olur
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 19:27 369
-  A +

“Fənərbaxça”nın transfer qadağasının aradan qaldırılması üçün tələb olunan ödəniş həyata keçirilib.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi Yussef En-Nesirinin transferindən qalan ödənişin sonuncu hissəsini İspaniyanın “Sevilya” klubuna ödəyib.

Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, bununla “Fənərbaxça” mərakeşli hücumçunun transferi ilə bağlı tətbiq olunan 3 transfer dövrünü əhatə edən qadağanın götürülməsi üçün maliyyə öhdəliyini yerinə yetirib.

Qeyd olunur ki, ödənişlə bağlı sənədlər FİFA-ya göndərilib. Müvafiq prosedurlar tamamlandıqdan sonra klubun transfer qadağasının rəsmən aradan qaldırılacağı gözlənilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner