“Barselona”nın zədəli futbolçusundan xəbər var

“Barselona”nın zədəli futbolçusundan xəbər var
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 20:01 190
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq zədədən sonra hələ də tam bərpa olunmayıb.

QOL.az xəbər verir ki, “AS” nəşrinin məlumatına görə, niderlandlı yarımmüdafiəçinin noyabrdan əvvəl sıraya qayıtması gözlənilmir.

Bu səbəbdən De Yonq UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ ilə keçiriləcək oyunda, həmçinin oktyabrın 25-də “Kamp Nou”da baş tutacaq “Real”la “El Klasiko”da iştirak etməyəcək.

Futbolçu 2026-cı il dünya çempionatı zamanı sağ dizinin medial kollateral bağından zədələnib. “Barselona” onun müalicəsində əməliyyatsız, konservativ üsula üstünlük verib.

Qeyd edək ki, De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner