İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasının 2-ci turunda Türkiyə ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, italiyalı mütəxəssis Belçikaya məğlubiyyətdən sonra sakitliyi qorumağın vacib olduğunu deyib.
“Sakit qalmalı və əsəbiləşməməliyik. Güclü komanda olan Belçikaya qarşı oynadıq və düşünürəm ki, onlar qələbəyə layiq idilər. İndi daha yaxşı oynamaq imkanımız var. Bəzi dəyişikliklər edəcəyik və digər futbolçulara şans verəcəyik.
Heyətimiz dəyişəcək, çünki eyni futbolçularla ardıcıl dörd oyun keçirmək mümkün deyil. Beləliklə, vacib matçlarda hər kəsi qiymətləndirmək imkanımız olacaq.
Türkiyə güclü komandadır və çoxlu istedadlı futbolçuları var. Montella? Boy-buxununa baxmayaraq, çox sürətli və texniki cəhətdən güclü futbolçu idi. O, möhtəşəm karyera keçirib".
O, komandanın gələcək hədəflərindən də söz açıb: "Bizə ilk növbədə işləmək, bir-birimizi tanımaq və rəqabətədavamlı komanda qurmaq üçün vaxt lazımdır. Bundan başqa heç nəyə ehtiyacımız yoxdur. Hər komanda müxtəlif dövrlərdən keçir və hazırda İtaliya nəsil dəyişikliyi mərhələsindədir. İndi İtaliyada Totti, Del Pyero və digər böyük çempionların dövründəki kimi bir nəsil yoxdur.
Müsbət oyun gözləyirəm. İlk növbədə pressinqdə və aqressivlikdə daha yaxşı oynamalıyıq. Bu matça hazırlaşmaq üçün çox az vaxtımız olub. Ciddi taktiki yenilikləri məşq edə bilmədik, ona görə də böyük dəyişikliklər gözləmək lazım deyil”.
Qeyd edək ki, Mançini, Barella və Maldini Türkiyə ilə görüşdə iştirak etməyəcəklər.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”