“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır

“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 22:56 250
-  A +

“Barselona” yeni “Kamp Nou” stadionundakı VİP yerlərin satışı hesabına böyük gəlir əldə etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, “AS” nəşrinin məlumatına görə, klub indiyədək müddəti fərqli olan müqavilələrlə təxminən 5 min VİP yer satıb və bunun qarşılığında 380 milyon avrodan çox gəlir əldə edəcək.

Klub üzvlərə ilkin ödəniş qarşılığında VİP yerlərdən 15 və ya 30 il istifadə hüququ verən yeni model də təqdim edib. Bu sistem çərçivəsində hazırda təxminən 2 min yer satışdadır. 

Yeni modelin 15-30 il ərzində kluba təxminən 700 milyon avro əvvəlcədən gəlir gətirəcəyi gözlənilir. “Kamp Nou”da ümumilikdə 9 400 VİP yer olacaq ki, bu da əvvəlki stadionla müqayisədə 3 dəfədən çoxdur.

Klub həmçinin stadiondan oyun günləri ilə yanaşı, digər vaxtlarda da gəlir əldə etməyi planlaşdırır. Klub VİP və lüks yerlər hesabına stadiondakı hər oturacağın gəlirliliyini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner