İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı

İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 18:15 254
-  A +

FİFA referisi Halil Umut Meler UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda Çexiya ilə İngiltərə arasında keçiriləcək oyuna təyinat alıb.

QOL.az xəbər verir ki, ona İbrahim Çağlar Uyarkan və Abdullah Bora Özkara kömək edəcək. Cihan Aydın 4-cü hakim olacaq.

İsveçrəli Fedayi San VAR, Onur Özütoprak isə AVAR funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Praqadakı “Fortuna Arena”da keçiriləcək qarşılaşmanın start fiti sentyabrın 28-də Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner