“Yuventus” yeni qapıçı transfer etdi

“Yuventus” yeni qapıçı transfer etdi
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 18:43 1270
-  A +

“Arsenal” və “Barselona”nın sabiq qapıçısı Neto “Yuventus”a keçib.

QOL.az xəbər verir ki, Turin klubu 37 yaşlı qapıçının transferini açıqlayıb. Tərəflər arasında 2027-ci il iyununa qədər nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Neto 2015-2017-ci illərdə də “Yuventus”da çıxış edib. O, iki mövsüm ərzində 22 oyunda meydana çıxıb və komanda ilə 2 dəfə İtaliya çempionu, 2 dəfə İtaliya Kubokunun, 1 dəfə isə İtaliya Superkubokunun qalibi olub.

Qapıçının son klubu Braziliyanın “Botafoqo”su olub. Neto yayda azad agent kimi komandadan ayrılıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner