Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu

Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
DÜNYA FUTBOLU 27 Sentyabr 2026 / 19:16 142
-  A +

İrlandiya millisinin müdafiəçisi Cimmi Dann İsraillə oyunda ehtiyat qapıçı kimi qeydiyyatdan keçirilib.

QOL.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, buna qapıçı Qevin Bazununun görüşdə iştirakdan imtina etməsi səbəb olub. UEFA-nın qaydalarına əsasən, Millətlər Liqasının oyunlarında komandalar ən azı 3 qapıçı qeydiyyatdan keçirməlidir.

Qeyd edək ki, daha əvvəl İrlandiya millisinin futbolçularının Qəzzadakı vəziyyətə görə İsraillə oyunu boykot etmək imkanını müzakirə etdiyi bildirilmişdi. Qevin Bazunu da görüşdə iştirakdan imtina edib.

Xatırladaq ki, ilk qarşılaşma sentyabrın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək. Cavab oyunu isə oktyabrın 4-də Serbiyanın Baçka Topola şəhərində baş tutacaq. Hər iki görüş təhlükəsizlik səbəbindən neytral meydanda keçirilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner