Litva millisinin futbolçusu Armandas Kuçis UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun 2-ci turunda Azərbaycana qarşı keçirdikləri oyunda qeydə alınan heç-heçədən (1:1) narazı qalıb.
QOL.az xəbər verir ki, millimizin qapısına qol vuran futbolçu qələbə qazana bilməmələrini məyusluqla qarşılayıb:
“Çətin oyun idi. Çox mübarizə getdi, bəlkə də gözəl olmayan futbol oynandı. Azarkeşlərə qələbə hədiyyə etmək istəyirdik və bunun üçün çalışdıq. Ona görə də fikirlərim çox qarışıqdır.
Bəlkə də usta toxunuşlar çatmadı. Məyusam, amma buna görə çox üzülməyə dəyməz. Bu, evdə məğlub edə bilməyəcəyimiz hansısa güclü komanda deyil. Düşünürəm ki, səfərdə tamam fərqli futbol göstərəcəyik. Futbolçuları həqiqətən yaxşı səviyyədədir. Texniki baxımdan onları saxlamaq çətindir. Amma komanda kimi çox boşluqları var. Bəzi zonalarda daha sakit və ağıllı oynamalıyıq.
Bu oyunu təhlil edib nəticə çıxaracağıq. Cavab matçına hazırlaşmaq üçün hələ vaxtımız var və həmin görüşü səbirsizliklə gözləyirəm. İndi isə Andorra ilə yoldaşlıq oyunumuz olacaq. Ona da ciddi yanaşırıq. Bizim üçün yoldaşlıq oyunu yoxdur, yalnız qələbə üçün meydana çıxacağıq”.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi