"Karyeramda belə məyusluq yaşamamışdım"

"Karyeramda belə məyusluq yaşamamışdım"
DÜNYA FUTBOLU 27 Sentyabr 2026 / 21:00 124
-  A +

“Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kavaminqa 2026-cı il dünya çempionatında iştirak edə bilməməsinin ona təsir etdiyini bildirib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 23 yaşlı futbolçu Belçika ilə Millətlər Liqası oyunu öncəsi mətbuat konfransında çıxış edib.

"Dünya çempionatında iştirak etməməyim mənə çox təsir etdi. Hər futbolçu bu turnirdə oynamaq istəyir. Karyeramda əvvəllər belə məyusluq yaşamamışdım. Bunun öhdəsindən gəlməliyəm".

O, Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyin olunmasına da münasibət bildirib:

"Onu Formula-1 yarışında görmüşdüm. Qəribə hiss idi. Çünki onun milli komanda üçün nə ifadə etdiyini hamımız bilirik. İndi isə o, mənim məşqçimdir. Ən əsası, mənə güvənir. Bu, mənim üçün xüsusi hisslərdir".

Kavaminqa əsas heyətdə daha çox oynamaq üçün sabitliyin vacib olduğunu vurğulayıb. O, həmçinin mövqeyi ilə bağlı “8” və “6” nömrəli rollarda oynaya bildiyini deyib.

Fransalı futbolçu Belçika ilə qarşıdakı oyunun da maraqlı keçəcəyini bildirib:

“Belçika böyük futbol ölkəsidir. Son 5 oyunda qalib gəlmişik. Bundan sonra ən kədərli tərəf siz, belçikalılar olacaqsınız (red. - gülür). Möhtəşəm oyun olacaq”.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner