Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-dakı çıxışından sonra həyatının tamamilə dəyişdiyini bildirib.
QOL.az xəbər verir ki, qolkiper “The Observer”ə açıqlamasında məşhurluğun ona yaratdığı çətinliklərdən danışıb:
“Hüzurumu və rahatlığımı itirmişəm. Artıq şəxsi həyatım demək olar ki, yoxdur, yaxud əvvəlkindən xeyli azdır. İndi küçəyə çıxanda, restorana gedəndə mütləq kimsə mənimlə şəkil çəkdirmək və ya avtoqraf almaq istəyir. Daha pisi isə odur ki, kimsə məni videoya çəkir. Həyatımda ən çox dəyişən məhz budur və düşünmürəm ki, bununla bağlı nəsə edə bilərəm.
Bir çox insan məşhur olmaq və ictimai şəxs statusu qazanmaq istəyir. Amma onlar bunun yalnız müsbət tərəfini görürlər. Açığı, mənə indiki həyatımla əvvəlki həyatım arasında seçim etmək imkanı versəydilər, əvvəlki həyatımı seçərdim”.
Qeyd edək ki, Vozinya DÇ-2026-da 4 oyunda meydana çıxıb və bunların 2-də qapısını toxunulmaz saxlayıb. Mundialdan sonra onun transfer qiymətinin 10 dəfə artdığı bildirilir. Futbolçunun təkcə İnstaqramdakı hesabına isə 28 milyondan çox insan abunə olub.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq