Alberto Cilardinonun yeni iş yeri bilindi

Alberto Cilardinonun yeni iş yeri bilindi
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 14:47 267
-  A +

İtaliyanın “Parma” klubu baş məşqçi vəzifəsinə Alberto Cilardinonu təyin etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

Bildirilir ki, 44 yaşlı mütəxəssis hazırda “Piza” ilə müqaviləsinə xitam verilməsi prosedurunu tamamlayır. Tərəflər artıq razılığa gəliblər. Cilardinonun bu axşam “Parma”ya gələcəyi gözlənilir.

“Parma” bundan əvvəl baş məşqçi Karlos Kuesta Qarsiya ilə yollarını ayırıb. Komanda onun rəhbərliyi altında A Seriyasının ilk 5 turunda 4 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Alberto Cilardino futbolçu kimi 2002-2005-ci illərdə “Parma”nın formasını geyinib.


Qarabağ FK
Son xəbərlər
topaz banner