İspaniyanın “Atletik” klubu 2025/26 mövsümü üzrə maliyyə nəticələrini açıqlayıb.
QOL.az xəbər verir ki, klubun hesabat dövründə ümumi gəliri 192,9 milyon avro təşkil edib. Bu, əvvəlki mövsümlə müqayisədə 20,4 milyon avro çoxdur və futbolçu satışlarından əldə olunan gəlirlər nəzərə alınmadan klub tarixinin ən yüksək göstəricisidir.
“Atletik”in əməliyyat mənfəətini göstərən EBITDA göstəricisi iki dəfə artaraq 38,1 milyon avroya yüksəlib. Xalis mənfəət isə təxminən üç dəfə artaraq 20,6 milyon avroya çatıb.
Reklam və sponsorluq gəlirləri də 23 faiz artaraq 12 milyon avro olub.
Klubun idman fəaliyyətindən əldə etdiyi ümumi gəlir 153,6 milyon avro təşkil edib. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 16 faiz çoxdur.
“Athletik”in birbaşa yarışlardan əldə etdiyi gəlir isə 19 faiz artaraq 59,7 milyon avroya yüksəlib. Bu artımda komandanın Çempionlar Liqasında iştirakı və “San Mames” stadionunun istifadəsindən əldə olunan gəlirlərin yüksəlməsi əsas amillərdən olub.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı