Azərbaycanın futbol millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva ilə səfər oyunundan (1:1) sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu jurnalistlərlə söhbətində nəticəni ədalətli hesab etdiyini bildirib: “Belə deyək, müəyyən mənada nəticə ədalətli oldu. Epizodları təhlil etsək, biz qalib gələ bilərdik, amma rəqib də qələbə qazana bilərdi. Baxmayaraq ki, yüzfaizlik qol imkanlarımız daha çox idi. İlk hissədə topa daha çox biz nəzarət edirdik.
Bu, yeni mərhələdə ilk oyunumuz idi. Bəzi məqamlarda diqqətsiz oynadıq. Top rəqibə keçdi. Buna baxmayaraq, onların real qol epizodunu xatırlamıram. Bəzi texniki səhvlərə yol verdik ki, bu da normaldır. Bir qədər məyusam, çünki qalib gələ bilərdik. Qalib gəlmək istəyirdik. Xüsusilə də belə bir gündə”.
M.Emreli fasilədə baş məşqçi Ayxan Abbasovun komandanın buraxılan qola reaksiyasını vurğuladığını deyib: “Ayxan Abbasov buraxdığımız qoldan sonra reaksiyamızı vurğuladı. Başımızı aşağı salmadıq. Hesabı bərabərləşdirəcəyimizə inanırdıq. Əsas məsələ oyunu, xüsusilə müdafiədə, səhvsiz davam etdirmək və özümüz ikinci qolu vura bilməsək belə, ikinci qolu buraxmamaq idi. Bu toplanış çərçivəsində qarşıda daha iki oyunumuz var. Bu iki matçda qələbə qazanmağa çalışmalıyıq”.
Millimizin bərabərlik qolunu vuran hücumçu bundan sonra komanda yoldaşları ilə birlikdə əsgər salamı verməsinin səbəbini də açıqlayıb: “Oyun günü məni motivasiya edən tarix idi – Vətən müharibəsinin başladığı gün. Belə günlər məni həmişə motivasiya edib, hətta “Qarabağ”da çıxış etdiyim vaxtlarda da. Buna görə hərbi salam verdim. Belə şeylər Avropada bəyənilmir, amma belə məqamda hissləri cilovlamaq çətindir. Belə bir gündə qol vurmağım sevindiricidir. Bu qol karyeramın ən yaddaqalan qollarından biri olacaq”.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu