U-19-un Sankt-Peterburqdakı çıxışına həsr olunur
Bir möcüzə baş verib, əsas milli 3 oyuna 7 xal toplayır, millət ellikcə dünya çempionatının final mərhələsinə düşməklə bağlı boş xəyallara qapılır. Şimali irlandlar 4 cavabsız qol vurub ayıldır bizi...
Elə bil hamımıza mesaj verirlər ki, gedin, olmayan futbolunuzu düzəldin.
Bizsə ellikcə “Niyə də yox?” deyib mundiallar barədə nağıl yaradırıq.
Pafos, şüarçılıq qanımıza hopub.
Real işə gələndə isə... A, B, C... Əlifbamızda hansı hərflə başlayan millimiz varsa, hamısının nəticəsi bir-birinin tayıdı.
Mllinin o epizodik uğuru, “Qarabağ”la “Qəbələ”nin Avroliqanın qrupuna düşməsi aldadıcıdı. Gerçəklik budu ki, ölkədə uşaq futbolu batıb gedir. Bir tək “Qəbələ” Futbol Akademiyasını çıxmaqla bu istiqamətdə heç kim ciddi addım atmır. “Qəbələ”dən savayı akademiyası olan digər klubumuz “Bakı” idi. Hafiz Məmmədovla bağlı məlum səbəblərdən o akademiya da məhv olub getdi. Halbuki onu sonradan saxlamaq da olardı. Orada çalışan 10 məşqçinin hər birinə ayda cəmi 500 manat verməklə! Aya cəmi 5 min manat pul edir bu. AFFA-nın aşağı yaş qrupları üzrə komandalara doldurduğu yararsız legionerlərin bir tək bilet puluna xərclənən pullar bundan çoxdur... Amma nə İdman Nazirliyi, nə də illik büdcəsi 20 milyondan çox olan AFFA uşaq futbolunu xilas etmək üçün yardım əlini uzatdı bu kluba.
Bizsə “Niyə də yox?” deyib guya yaxşı gələcək qururuq.
Baxın, üzdə olan klublarımıza, elə lider “Qarabağ”a da. Bu klubun aşağı yaş qrupu üzrə komandalarının sonuncu dəfə əsas komandaya verdiyi normal oyunçular kim olub? Uzun illərdi gözümüzün qabağında olan Maksim Medvedyev, Əfran İsmayılov, Rauf Əliyev və Qara Qarayev. Vəssalam! Qaradan sonra, yəni son 4-5 ildə “Qarabağ”dan aşağı yaş qrupundan kəşf sayıla biləcəyimiz 1 oyunçu belə çıxmayıb.
Bəs ulu klubumuz “Neftçi? Ordan çıxanların da sonradan ya ayağında problem olur, ya da başında...
Və bütün bunlardan sonra biz yenə də xəyallarımızdan əl çəkməyib, deyirik: “Niyə də yox?”.
Çönüb uşaq futboluna baxaq...
Heç olmasa bir dəfə də, həmkarım Tural Xudiyev demiş, “Belə də yox” deyək...
Nə iş görür AFFA, klublar, aşağı yaş qrupu üzrə komandaların məşqçiləri? Son 10 ildə guya futbolun inkişafı adı ilə 1 milyarddan çox pul xərclənib. Bəs, hanı o 1 milyardın qarşılığında xaricə çıxarmağa potensialı olan oyunçumuz?
Yoxdu axı...
Yetişmir. Yetişdirə bilmirlər. Nə bacarıqları var, nə də futbol savadları. Bu adamlar adi futbol suallarına cavab verə bilmirlər, imtahandan kəsilirlər, sonra tarixə düşməkdən danışırlar.
Tarix yazmaq hələ ki, bizim futbol adamlarının (əksəriyyətinin!) başına görə deyil. Bizdə futbola yarayan baş olsaydı...
Sizi gələcəyimiz olan aşağı yaş qrupu üzrə komandalarımızın 2009-cu ildən üzü bəri Piterdə keçirilən turnirdəki nəticələri ilə baş-başa buraxıram. Hələ də “Niyə də yox?" deyib feyziyab olaq.
16 komanda arasında...
2009-cu il. 7-ci yer
2010. 5-ci yer
2011. 7-ci yer
2012. 12-ci yer
2013. 12-ci yer
2014. 13-cü yer
2015-ci. 5-ci yer
2016. 8-ci yer
2017-ci il. Qrupda sonuncu yer.
Aydın BAĞIROV
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı