Məlum olduğu kimi, FİFA-nın ilk dəfə təşkil edəcəyi U-15 Dünya Kuboku və Festivalı 2026-cı ildə Azərbaycanda keçirilir.
QOL.az xəbər verir ki, yarışda 187 ölkənin komandası iştirak edəcək. Bakıya futbolçular, məşqçilər və rəsmilər daxil olmaqla 3 mindən çox iştirakçının iştirakı gözlənilir.
Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor yığmaları ilə birlikdə yer alıb.
Çempionatın oyunları Hövsan qəsəbəsində inşa olunan 10 futbol meydançasınsa keçiriləcək. Yalnız açılış matçı və altı final oyunu istisna təşkil edəcək. Bu qarşılaşmalar “Kristal Holl”da oynanılacaq. Oktyabrın 24-də keçiriləcək açılış matçında Azərbaycan və Şərqi Timor yığmaları qarşılaşacaq.
Turnir ənənəvi futboldan fərqli formatda təşkil olunacaq. Komandalar meydana 8 futbolçu ilə (8x8) çıxacaq. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Meydanların ölçüsü 68x47 metr, qapılar isə standart ölçüdə – 7,32x2,44 metr olacaq.
Hər komandanın heyətində 14 futbolçu və maksimum 6 nəfərdən ibarət məşqçi və inzibati heyət yer ala bilər. Yarışda 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcəklər.
Turnir iki mərhələdən ibarət olacaq. Əvvəlcə komandalar qruplarda mübarizə aparacaq və hər biri dairəvi sistemlə 4-5 oyun keçirəcək. Bu mərhələdəki nəticələrə əsasən komandalar ikinci mərhələdə səviyyələr üzrə bölünəcəklər.
İkinci mərhələ 6 səviyyədən (Tier) ibarət olacaq. Komandalar burada da 4-5 qarşılaşma keçirəcəklər. Bütün iştirakçılar son oyun gününədək mübarizəni davam etdirəcəklər. Hər səviyyənin öz qalibi müəyyənləşəcək. Ən yüksək – A səviyyəsinin qalibi isə FİFA U-15 Dünya Kuboku və Festivalının çempionu elan olunacaq.
Ümumilikdə turnir çərçivəsində 1000-ə yaxın oyun nəzərdə tutulub. Hövsan Yarış Kompleksində eyni vaxtda 20 matçın keçirilməsi mümkün olacaq və ayrı-ayrı meydançalarda gündə 10-a qədər görüş təşkil ediləcək.
Final mərhələsinin həlledici görüşləri isə “Baku Crystal Hall”da təşkil olunacaq.

Bəs, bu yarış niyə məhz Azərbaycanda keçirilir?
Yarışla bağlı bir məqam da xüsusi qeyd edilməlidir ki, bu mötəbər çempionatın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub.
Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibi seçilməsi təsadüfi deyil.
Bu turnir eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı