“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt” üzərində qazanılan qələbəni (3:2) şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının 9-cu turunda baş tutan oyundan sonra komandasının çıxışını dəyərləndirib və qış transfer pəncərəsində heyəti gücləndirmək istədiyini bildirib.
"Baxımlı oyun gözləyirdik. İlk saniyələrdən hər iki komanda bir-birinə təzyiq göstərməyə başladı və həmin dəqiqələrdə biz daha yaxşı görünürdük. Ancaq 30-35-ci dəqiqələrdən sonra komandaların oyununda eniş oldu. Rəqibə pressinq etmək üçün çox güc sərf etdik, buna görə də enerjimiz azaldı. Buna baxmayaraq, rəqibə həqiqətən təhlükəli epizodlar yaratmağa imkan vermədik.
İkinci hissəyə passiv başladıq. Artıq bir neçə oyundur ki, fasilədən dərhal sonra qol buraxırıq. Bu barədə danışırıq, amma hələlik problemi həll edə bilmirik. Hesab 2:2 olduqdan sonra komandamız irəli atıldı. Vacib qələbə qazandıq. Klub rəhbərliyini və futbolçularımızı təbrik edirəm".
Qış transfer pəncərəsində yeni futbolçuların alınması üçün büdcə ayrılıb-ayrılmadığı ilə bağlı suala cavab verən baş məşqçi hücum xəttini gücləndirmək istədiyini deyib:
“Seleksiya işlərini hələ başa çatdırmamışıq. Sağ cinah vingeri ilə heyətimizi gücləndirə bilmirik. Rəqiblərimizin heyətlərinə, onların hansı səviyyəli futbolçulara sahib olduqlarına baxırıq. Onların geniş heyətləri var. Əgər rəqabət aparmaq istəyiriksə, hücum xəttimizi gücləndirməliyik. İstərdim ki, komandaya mütləq yeni futbolçular qataq”.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması