“Sumqayıt”ın baş məşqçisi Felipe Kandido Misli Premyer Liqasının 9-cu turunda “Zirə”yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis məğlubiyyətdən məyus olduğunu, komandasının daha yaxşı nəticəyə layiq olduğunu bildirib.
- Məncə, bu, utancverici məğlubiyyətdir. Hesab edirəm ki, sonda daha yaxşı nəticəyə layiq idik. Ancaq oyuna uğursuz başladıq. Hücum qurmağa çalışarkən vacib məqamlarda top itkilərinə yol verdik. Rəqibin güclü futbolçuları var və onlar bundan yararlana bildilər.
Bununla belə, hesabda 0:2 geridə olduğumuz vaxt komandamızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Fasilədə futbolçulara hələ oyuna qayıda biləcəyimizi dedim. İki qol vurduq, amma təəssüf ki, onlardan yalnız biri qeydə alındı.
Məni ən çox məyus edən odur ki, daha yaxşı nəticə qazana bilərdik, amma sonda məğlub olduq. Əminəm ki, futbolçularım daha artığına qadirdirlər. “Zirə” qələbə qazanmağa köklənmişdi. Müdafiədə bir neçə xırda səhvə yol verdik. İnanıram ki, bu heyət liqanın ən güclü komandaları ilə bərabər səviyyədə mübarizə aparmaq potensialına malikdir.
– Siz Vəli Qasımovla “Setubal”da birlikdə oynamısınız. İndi də əlaqə saxlayırsınız?
– Vəli Qasımov əla hücumçu olub və indi də yaxşı insandır. Telefonla danışırıq. O, karyeram ərzində tanıdığım ən yaxşı futbolçulardan, öz dövrünün ən güclü hücumçularından biridir. Bir insan kimi ona böyük hörmətim var.
Azərbaycana gəldiyim vaxtdan bəri görüşməmişik, amma ondan həm insan, həm də futbolçu kimi çox şey öyrənmişəm. O zaman mənim 18-19, onun isə 31 yaşı var idi. Ondan həm meydanda, həm də meydandan kənarda çox şey götürmüşəm. Telefonla da danışmışıq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi