Cəlal oynadı, komandası qalib gəldi

Cəlal oynadı, komandası qalib gəldi
DÜNYA FUTBOLU 24 Oktyabr 2026 / 00:18 232
-  A +

Rumıniya Superliqasında 13-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Botoşani”nin qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

“Botoşani” - “Petrolul” - 1:3
Qollar:
Martins, 27 (0:1), İonita, 39 (0:2), Martins, 54 (0:3), Dumiter, 65 (1:3)

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 72-ci dəqiqədə Luças Veqanın əvəzinə meydana daxil olub. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner