“Zirə”nin futbolçusu Dimitri Leqbo dünən Misli Premyer Liqasının 9-cu turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Görüşlə bağlı nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Yaxşı rəqibə qarşı oynadıq. “Sumqayıt” çox gözəl çıxış etdi. Buna baxmayaraq, yekunda üçüncü qolu vurduq və lazımi qələbə qazandıq.
- 2:0-dan sonra nə baş verdi ki, oyun tam dəyişdi? Komandada arxayınlıq yarandı, yoxsa yorğunluq öz sözünü dedi?
- Deməzdim arxayınlıq oldu. Sadəcə rəqib psixoloji üstünlüyü ələ keçirdi. Bir sayılmayan qolları da oldu. Hakimlər ofsayt qərarı verdilər. Bütün bunlara baxmayaraq, 2:2-dən sonra oyundan qopmadıq. Çalışacağıq ki, bu səhvləri bir daha təkrarlamayaq.
- “Sumqayıt”dan bu cür inamlı oyun gözləyirdiniz?
- Öncədən “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik. Analizlərdən də bilirdik ki, rəqib yaxşı futbolçulardan təşkil olunub. Son oyunlarda inamlı qələbə qazanmışdılar.
- Azərbaycan Premyer Liqasına tam öyrəşə bilmisiniz?
- İlk növbədə onu deyim ki, çempionatın səviyyəsi yüksəkdir. Yaxşı komandalar, güclü futbolçular var. Bura gəlməzdən öncə uzun müddət oynamırdım. Bu məqam bir qədər çətinlik yaradırdı. İndi özümü yaxşı hiss edirəm. Oyundan oyuna daha da inamlı olacağam.
- Rəşad Sadıqov sizi fərqli mövqelərdə sınayır. Bu məqam çıxışınıza mənfi təsir göstərmir? Özünüzü müdafiədə daha yaxşı hiss edirsiniz, yoxsa hücumda?
- Uşaq futbolundan sol cinah müdafiəçisi kimi oynamışam. Sonradan həm sağ, həm də sol vinger kimi çıxış etmişəm. “Zirə”də də bir neçə mövqedə oynayıram. Hansı mövqedə çıxış etməyimdən asılı olmayaraq, məqsədim komandaya fayda verməkdir. Baş məşqçi harada desə, orada da oynamağa hazıram.
- “Zirə”yə transfer baxımından sizin üçün cəlbedici nə oldu?
- Burada olmaqdan məmnunam. Gəlməmişdən öncə idman direktoru ilə söhbətimiz olmuşdu. Onun ideyaları məni cəlb etdi. O mənə bildirdi ki, oynayacaqsan, komandaya kömək etməyə qadirsən.
- Gəlməmişdən öncə söhbət etdiyiniz futbolçular oldu?
- Hazırda “Zirə”də oynayan Bayere Lue həmyerlimdir. Onunla, “Sumqayıt”dan Sedrik Badolo, eləcə də digər bir neçə tanıdığım futbolçu ilə söhbətim olmuşdu. Onların hamısı komanda, ölkə haqda müsbət fikirlər səsləndirdilər. Bütün bunlar da qərarımı qətiləşdirməkdə kömək oldu.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat