Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”

Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
PREMYER LİQA 23 Oktyabr 2026 / 18:25 436
-  A +

“ Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis komandanın əsas probleminin qol vurmaqda çətinlik çəkməsi və asanlıqla qol buraxması olduğunu bildirib.

- Qol vurmaqda çətinlik çəkirik, amma asanlıqla qol buraxırıq. Əsas problemimiz budur. Futbolçular çalışırlar, əllərindən gələni edirlər, lakin səhvlərə yol veririk. Ustalıq səviyyəmiz çatmır.

– Nəyi dəyişmək lazımdır?

– Bu barədə burada danışmaq istəmirəm. Problemlərimizi başa düşürük. Hazırda nəyisə dəyişmək çətindir.

– Yaxın gələcəkdə transferlər olacaq?

– Hazırda heç nə edə bilmərik. Hər şeyi yaxşı başa düşürəm. Əlimizdə olan futbolçularla işləyəcəyik.

– Sizdən əvvəl formalaşdırılmış komandadan nə dərəcədə razısınız?

– Oynamağa davam edəcəyik. Görək necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner