Keyn mövsümün ən yaxşı oyunçusu seçildi

Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
DÜNYA FUTBOLU 23 Oktyabr 2026 / 11:43 246
-  A +

Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn İspaniyanın “Marca” nəşrinin versiyasına görə mövsümün ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu 226 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin səsverməsində birinci yeri tutub. Münsiflər arasında “Marca”nın və digər dünya mediasının jurnalistləri də yer alıb.

İkinci yeri İspaniyanın “Barselona” klubunun və milli komandasının yarımmüdafiəçisi Lamin Yamal tutub. O, ötən mövsümün qalibi olmuşdu. Üçüncü pillədə isə Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb.

Qeyd edək ki, 2025/2026 mövsümündə Harri Keyn “Bavariya” ilə Almaniya Superkubokunu, ölkə kubokunu və Bundesliqa çempionluğunu qazanıb. İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.

Keyn 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisinin heyətində keçirdiyi 65 matçda 73 qol vurub.


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner