Bakı səfəri “Borussiya”nı yorub

Bakı səfəri “Borussiya”nı yorub
DÜNYA FUTBOLU 24 Oktyabr 2026 / 08:59 384
-  A +

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç “Sabah” üzərində 2:1 hesablı qələbədən sonra futbolçularının fiziki vəziyyətindən danışıb.

QOL.az-ın Almaniyanın DPA agentliyinə istinadən yaydığı məlumata görə, xorvat mütəxəssis oktyabrın 24-də “Ayntraxt”la keçiriləcək oyun ərəfəsində Bakı səfərinin yaratdığı yorğunluğa diqqət çəkib.

Kovaç rəqibin daha yaxşı fiziki vəziyyətdə olmasına diqqət çəkib. Onun komandası həftəiçi Çempionlar Liqasında Azərbaycanda “Sabah”la keçirdiyi oyun (2:1) səbəbindən ümumilikdə 11 min kilometr yol qət edib.

“Bizim qarşımızda səfərə çıxmamış, fiziki baxımdan daha gümrah rəqib olacaq. Biz isə uzun yol qət etmişik və bu səfərin yorğunluğunu tez bir zamanda üzərimizdən atmalıyıq ki, sabah (bu gün - QOL.az) yenidən ən yüksək səviyyədə çıxış edə bilək”, – deyə baş məşqçi bildirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner