İldə 50 kitab oxuyur - Şəkillər

İldə 50 kitab oxuyur - Şəkillər
XƏBƏR 23 Oktyabr 2026 / 12:35 596
-  A +

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisini ziyarət edib.

QOL.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Litvalı mütəxəssis həyat yoldaşı İnqrida Dambrauskiene ilə birlikdə sərgidə ölkəsinin səfirliyinə məxsus stendə baş çəkib. Onlar litvalı yazıçı Benas Berantas və Akvile Vaşkeleviçiene ilə mütaliənin əhəmiyyəti barədə söhbət ediblər. Səfirliyin paylaşımında Dambrauskasın kitaba böyük marağı olduğu vurğulanıb. 

"Valdas beş yaşından oxuduğunu və hazırda hər il 50-dən çox kitab mütaliə etdiyini bildirib. Onun mesajı sadə və ilhamverici idi: mütaliə insanın həyatını dəyişə bilər. Kitablar yeni dünyaların qapılarını açır, dünyagörüşümüzü genişləndirir və arzularımıza çatmağımıza kömək edir" - deyə səfirliyin məlumatında qeyd olunub.

İldə 50 kitab oxuyur - Şəkillər

 
İldə 50 kitab oxuyur - Şəkillər
 
İldə 50 kitab oxuyur - Şəkillər
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner