Azərbaycan çempionatları tarixində 15000-ci qol

Azərbaycan çempionatları tarixində 15000-ci qol
PREMYER LİQA 24 Oktyabr 2026 / 01:46 134
-  A +

Azərbaycan çempionatları tarixində yüksək liqada 15000-ci qol vurulub. 

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” - “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner