PSJ – “Lion” matçı təxirə salındı

PSJ – “Lion” matçı təxirə salındı
DÜNYA FUTBOLU 23 Oktyabr 2026 / 19:54 237
-  A +

Fransa çempionatının 8-ci turunda keçirilməli olan PSJ – “Lion” oyununun tarixi dəyişdirilib.

QOL.az xəbər verir ki, Parisdə keçirilən etiraz aksiyaları səbəbindən oktyabrın 25-nə planlaşdırılan görüş oktyabrın 26-na təxirə salınıb.

Bu barədə Fransa Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner