Andrade “Polesye”də növbəti qolunu vurdu

Andrade “Polesye”də növbəti qolunu vurdu
DÜNYA FUTBOLU 24 Oktyabr 2026 / 00:59 188
-  A +

Bu yay “Qarabağ”ı “Polesye”yə dəyişən Leandro Andrade Ukrayna klubunda növbəti qolunu vurub. 

QOL.az xəbər verir ki, Ukrayna çempionatının 10-cu turunda “Polesye” öz meydanında “Obolon”u 3:0 hesabı ilə məğlub edib. 

Andrade 9-cu dəqiqədə matçda hesabı açmaqla komandasının qələbəsində pay sahibi olub. “Polesye”nin digər qollarını isə İqor Krasnopir (59) və Vladislav Veleten (70) vurublar. 

Bu, Andradenin yeni klubunun heyətində rəsmi görüşlərdə 3-cü qoludur. O, daha əvvəl “Kudrivka” ilə həm çempionat, həm də kubok matçında fərqlənib. 

Qeyd edək ki, 10 turdan sonra 25 xalı olan “Polesye” Ukrayna çempionatında liderdir. 1 oyun az keçirən “Şaxtyor” 24 xalla ikincidir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner