Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı

Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
DÜNYA FUTBOLU 23 Oktyabr 2026 / 14:45 404
-  A +

FİFA Qitələrarası Kubokunun final matçının keçiriləcəyi tarix və stadion müəyyənləşib.

QOL.az xəbər verir ki, həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

Final mərhələsində Fransanın PSJ, Meksikanın “Toluka”, Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandalarının iştirakı dəqiqləşib. Sonuncu kollektiv isə Libertadores Kubokunun qalibi olacaq. Burada isə “Estudiantes” ilə “Palmeyras” üz-üzə gələcək.

Qeyd edək ki, PSJ 2025-ci ildə keçirilən Qitələrarası Kubokunun finalında Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında məğlub edərək (1:1, penaltilərlə 2:1) titulu qazanıb.


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner