Bu gün Bakıda U-15 dünya çempionatı başlayır

Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
XƏBƏR 24 Oktyabr 2026 / 09:23 334
-  A +

Bu gün Bakıda FİFA-nın ilk dəfə təşkil etdiyi U-15 Dünya Kuboku və Festivalına rəsmən start verilir.

QOL.az xəbər verir ki, yarışın açılış mərasimi Bakı Kristal Zalında təşkil olunacaq. Bundan sonra - saat 19:30-da isə Azərbaycan və Şərqi Timor U-15 milliləri arasında matç keçiriləcək.

Yarışda quruma üzv 189 ölkənin komandası iştirak edəcək. Bakıya futbolçular, məşqçilər və rəsmilər daxil olmaqla 3 mindən çox iştirakçı gəlib.

Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor yığmaları ilə birlikdə yer alıb.

Ümumilikdə turnir çərçivəsində 1000-ə yaxın oyun nəzərdə tutulub. Oyunları Hövsan Yarış Kompleksində, açılış, final mərhələsinin həlledici görüşləri isə “Baku Crystal Hall”da təşkil olunacaq.

Oktyabrın 30-dək davam edəcək turnir ərzində ümumilikdə 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulub.

Turnir ənənəvi futboldan fərqli formatda təşkil olunacaq. Komandalar meydana 8 futbolçu ilə (8x8) çıxacaq. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Meydanların ölçüsü 68x47 metr, qapılar isə standart ölçüdə – 7,32x2,44 metr olacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner