Bruno Fernandeşin evi qarət edildi

Bruno Fernandeşin evi qarət edildi
XƏBƏR 23 Oktyabr 2026 / 00:26 214
-  A +

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin İngiltərənin Çeşir qraflığında yerləşən evi qarət olunub.

QOL.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, maskalı üç nəfər futbolçunun evinə daxil olaraq  zinət əşyalarını və digər bahalı əşyaları oğurlayıblar. Hadisə Fernandeş İtaliyada olduğu vaxt baş verib. O, həmin vaxt Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Komo” ilə matçda iştirak edib. Görüşdə İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Nəşrin yazdığına görə, şübhəli şəxsləri görən qonşu polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları çağırışdan 10 dəqiqə sonra hadisə yerinə çatsalar da, qarətçilər artıq ərazidən qaçmağa nail olublar.

Bruno Fernandeş və həyat yoldaşı Ana hadisədən ciddi sarsılıblar. 


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner