Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi

Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
ÇEMPİONLAR LİQASI 24 Oktyabr 2026 / 11:37 302
-  A +

Niderland millisinin, “Barselona”nın və “Mançester Yunayted”in sabiq baş məşqçisi Lui van Qal UEFA Çempionlar Liqasının yeni formatını sərt tənqid edib.

QOL.az xəbər verir ki, 75 yaşlı mütəxəssis Niderlandın NOS telekanalına açıqlamasında UEFA-nı yalnız pul qazanmaq barədə düşünməkdə ittiham edib:

“UEFA-nın 36 klubun iştirakı ilə belə format təklif etməsi sadəcə absurddur. İndi istənilən komanda Çempionlar Liqasında oynaya bilər. UEFA yalnız pul qazanmağı düşünür. Bu, korrupsiyalaşmış dünyadır. Hokkeydə olduğu kimi sistem qurulmalıdır: A divizionu, B divizionu və sair. Əlbəttə, Avropa Liqası və Konfrans Liqası da var, amma UEFA onlardan sadəcə əlverişli pərdə kimi istifadə edir.

Turnirin adı Çempionlar Liqasıdır, elə deyilmi? Orada ən yaxşı komandalar oynamalıdır. Bu, komandalar arasındakı səviyyə fərqini azaldardı. Bəlkə də qolların sayı azalardı, amma oyunlar daha yüksək səviyyədə keçər, futbolun keyfiyyəti xeyli artardı.

Oyunların sayı həddindən artıq çoxalıb. Bu, qismən Çempionlar Liqasının yeni, genişləndirilmiş liqa mərhələsi ilə bağlıdır. Nəticədə zədələrin sayının artdığını görürük”.

Van Qal oyunların sayından daha çox keyfiyyətə üstünlük verilməli olduğunu vurğulayıb:

“Bu, daha baxımlı və yüksək səviyyəli oyunların keçirilməsinə, eyni zamanda zədələrin azalmasına imkan yaradardı. Mən bu barədə hələ 20 il əvvəl UEFA-ya demişdim, amma heç vaxt məni dinləmədilər”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner