“Fənərbaxça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Rəhbərlik onun qərarını qəbul edib. Bununla da Kartalın İstanbul təmsilçisində dördüncü dönəmi başa çatıb.
Məlumata görə, yeni baş məşqçi təyin olunana qədər komandaya Dirk Kuyt rəhbərlik edəcək. Niderlandlı mütəxəssisin “Göztəpə” ilə oyunda komandanı meydana çıxaracağı gözlənilir.
Qeyd edək ki, İsmayıl Kartal bu mövsüm “Fənərbaxça” ilə bütün turnirlərdə 18 oyuna çıxıb. Komanda 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər