Boksçularımızın Avropa çempionatlarında medal sayı 25-ə çatdı

Boksçularımızın Avropa çempionatlarında medal sayı 25-ə çatdı
BOKS 28 Oktyabr 2026 / 14:38 218
-  A +

Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.

QOL.az xəbər verir ki, milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalarımız arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandamızın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.

U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalarımız bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner