“Real” Çin xalqından üzr istədi

“Real” Çin xalqından üzr istədi
XƏBƏR 28 Oktyabr 2026 / 13:32 648
-  A +

“Real” Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedunla bağlı zarafatından sonra yaranan qalmaqala münasibət bildirib.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb. Klub Çin xalqından üzr istəyib və futbolçunun sözlərinin narahatlıq yaratmasına görə təəssüfünü ifadə edib.

“Real”ın bəyanatında bildirilib ki, klub Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də Madrid təmsilçisinin milyonlarla çinli azarkeşinə böyük hörmətlə yanaşır.

Klub həmçinin Mbappenin ictimai üzrünü dəstəklədiyini vurğulayıb. Fransa millisinin üzvü açıqlamasına görə təəssüfləndiyini bildirib və Çin xalqına hörmətini ifadə edib.

Madrid təmsilçisi bəyanatında müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin, birgəyaşayışın və anlaşmanın vacibliyini qeyd edib. Klub Çinlə dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, qalmaqala Mbappenin sosial şəbəkələrdə yayılan müsahibəsi səbəb olub. Futbolçudan sevdiyi internet memi barədə soruşulduqda, o, üzünün fotoşopla Çinin keçmiş lideri Mao Tszedunun fotosuna yerləşdirildiyi şəkli daha çox sevdiyini dilə gətirib. Azarkeşlər son bir ildə fransalı ulduzu “Real”da və millidə qərarlara böyük təsir etməsinə işarə edərək zarafatla “diktator” adlandırırlar. Lakin Mbappe tərəfindən səsləndirilən sözügedən şərh Çin sosial şəbəkələrində və mediasında böyük narazılıq və qəzəb doğurub. Onun çıxışı ölkədə milli təhqir kimi qiymətləndirilib.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner